Sizin küçənizdən ötdüm bu payız…

Sizin küçənizdən ötdüm bu payız…
**
Sizin küçənizdən ötdüm bu payız,
Bomboşdu küçələr-adam yox idi.
Bumbuz şüşələrin naxışlarında,
Daha yazmamışdın-adım, yox idi.

Bir ayaq səsinə, yarpaq səsinə-
Səni qısqanırdım çoxuna, niyə?
Sənsiz yuxularım ərşə çəkilib-
Gəlmirsən gecələr yuxuma, niyə?

Yolboyu, ağaclar burda pərişan,
Sanki yollar ayrı, döngələr ayrı.
Düşür budağından xəzəl yarpaqlar,
Bir-bir ötüb keçən kölgələr ayrı.

Qaldıra bilmirəm baxışlarımı,
Gözlərim üşüyür ayaq izində.
Bir az yoxluğumda ağla, əzizim,
Beləcə, saxlama məni gözündə.

Daha bu payız da, o payız deyil,
Yağmır saçlarıma sevgi damlası.
Bir öpüş-Ahh!..-çəkir, dodaqlarında,
– Səni gözləyirəm qayıt, qadası!..
Şakir Məhbusi, Türkiyə Kültür-Sanat-Edebiyat ödülçüsü.

Bir Cevap Yazın

Powered by WordPress.com.

Up ↑

Discover more from EDEBİ DOSTLARI (E~D) TAHLİL & EDEBİYAT

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading