Azərbaycan ayağa qalx, ayağa

Azərbaycan ayağa qalx, ayağa!..
**
Durnalarım qatar-qatar uçdu heyy..,
Elim-obam, ocaq-ocaq köçdü, heyy..,
Qabar əlım, dərdlərimi biçdi heyy..,
Bu zamandı çəkir bizi sınağa,
Azərbaycan ayağa qalx, ayağa!..

Qaya köksüm sərhədinə sipərdi,
Kölə olmaq, ölümdən də betərdi,
Göydən düşən qara daşım göyərdi,
Bu zamandı çəkir bizi sınağa,
Azərbaycan ayağa qalx, ayağa!..

Bu dünyanın tərəzisi ağıldı,
Gücüm yetmir məhəng daşı ağırdı,
Yamaclarda çiçəklərim sağırdı,
Bu zamandı çəkir bizi sınağa,
Azərbaycan ayağa qalx, ayağa!..

Vətən dilim, torpaq dilim, can dilim,
Atəş dilim, alov dilim, yan dilim,
Dişlərimdə xıncım-xıncım qan dilim,
Bu zamandı çəkir bizi sınağa,
Azərbaycan ayağa qalx, ayağa!..

Çopur daşı, sərt qayası şeirimin,
Son nöqtəsi, son nidası şeirimin,
AZƏRBAYCAN-əlifbası şeirimin,
Bu zamandı çəkir bizi sınağa,
Azərbaycan ayağa qalx, ayağa!..
Şakir Məhbusi, Türkiyə Kültür-Sanat-Edebiyat ödülçüsü.

Bir Cevap Yazın

Powered by WordPress.com.

Up ↑

Discover more from EDEBİ DOSTLARI (E~D) TAHLİL & EDEBİYAT

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading